İsrail Silahlı Qüvvələri gecə saatlarında Əsəd rejiminin Dəməşq yaxınlığında - Nəbi Abel bölgəsindəki hava hücumundan müdafiə bölməsinə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi SƏNA agentliyi məlumat yayıb.
Məlumatda raket zərbələri nəticəsində bir nəfərin öldüyü, Əsəd ordusunun üç hərbçisinin yaralandığı bildirilib.
Əsəd rejimi dekabrın 25-də də İsrailin Suriyanın Misyaf bölgəsinə raket zərbələri endirdiyini iddia etmişdi.
Paytaxt Dəməşq yaxınlığında rejim qüvvələri ilə yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livan Hizbullahına bağlı terror qruplaşmalarının olduğu məlumdur.