1 Yanvar 2021 15:55
9 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın BMT-dəki daimi nümayəndəsi Əşaq əl-Həbib BMT Təhlükəsizlik Şurasından və beynəlxalq ictimaiyyətdən ABŞ-ın Bəsrə körfəzində sabitliyi pozan addımlarını dayandırmağa çağırmağı xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran nümayəndəsinin Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirilib.

“ABŞ-ın Bəsrə Körfəzi və Oman dənizindəki hərbi avantürizmi xüsusilə son həftələrdə daha da şiddətlənib. Son bir neçə həftə ərzində bu bölgəyə inkişaf etmiş və yüksək texnoloji silahlar göndərməklə yanaşı, ABŞ bir sıra təxribat xarakterli hərbi əməliyyatlar da həyata keçirib”, - diplomat qeyd edib.

Onun sözlərinə görə, təxribat xarakterli davranışlara son günlər ABŞ-ın strateji bombardmançı təyyarələrinin Bəsrə körfəzi üzərindəki uçuşları da daxildir.

Əl-Həbib qeyd edib ki, bu cür addımlar onsuz da qeyri-sabit durumun hökm sürdüyü bölgədə vəziyyəti daha da gərginləşdirir:

“Bu addımlar vəziyyəti qorxunc səviyyələrə qədər gərginləşdirə bilər. Baş verən hadisələrin mümkün nəticələrinə görə ABŞ-ın cavabdeh olduğu aydındır. BMT Təhlükəsizlik Şurasının ABŞ-ı beynəlxalq hüququn prinsip və qaydalarına riayət etməyə və bu qanunsuz tədbirləri dayandırmağa məcbur etməsini gözləyirik. Eynilə, beynəlxalq ictimaiyyət də ABŞ-dan bölgədəki sabitliyi pozan addımlarını dayandırmasını tələb etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər