Ukrayna Rusiyaya təbii qaza görə olan borcunu ödəmək və qış mövsümü yaxınlaşdıqca ölkənin qaza olan ehtiyacını qarşılamaq üçün Avropa İttifaqından əlavə 2,5 milyard dollar məbləğində kredit istəyib.
Teleqraf.сom BBC-yə istinadən xəbər verir ki, yayılan məlumatlarda bu gün Brüsseldə Ukraynanın müraciətinin Beynəlxalq Valyuta Fondu və ölkə rəsmiləri ilə məsləhətləşmələr yolu ilə dəyərləndiriləcəyini bildirilib.
Həmçinin Avropa İttifaqı, Ukrayna və Rusiya enerji sahəsində razılığın əldə edilməsi üçün oktyabrın 29-da görüşəcək.
Qeyd edək ki, ötən həftə Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşmada 2015-ci ilin mart ayının 15-ə qədər rus qazının ixracı üçün Ukrayna tərərfi hər kub metr üçün 385 dollar ödəyəcək.
Samir