Səudiyyə Ərəbistanı bu gündən ölkəyə giriş qadağasını ləğv edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyindən bildiriblər.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı bir neçə ölkədə koronavirusun yeni mutasiyasının aşkarlanması ilə əlaqədar beynəlxalq hava əlaqəsini bağlamışdı. Hava əlaqəsindən əlavə Səudiyyə Ərəbistanı digər ölkələrin vətəndaşları üçün ölkəyə girişə məhdudiyyət qoymuşdu.