4 Yanvar 2021 14:08
2 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyadakı hakim koalisiyasında təmsil olunan Xristian Demokrat İttifaqının (CDU) rəhbərliyinə namizəd Fridrix Merz Türkiyə və Rusiyanın Avropa Birliyi ilə daha güclü əlaqələrinin qurulmasına ehtiyaclarının olduğunu düşünür.

Teleqraf.com xəbər verir ki, o, bunu “Funke” nəşrinə müsahibəsində deyib.

“Avropa Birliyinin, məsələn, Türkiyə kimi ölkələrə daxili bazarına girişini təmin edəcək geniş bir iqtisadi məkan olması daha məqsədəuyğun olardı. Bu, bir gün Rusiya üçün də bir perspektiv ola bilər”, - alman siyasətçi bildirib.

Merz hesab edir ki, Türkiyə üçün uzunmüddətli perspektivdə belə, AB-yə üzv olma ehtimalının olmadığını vurğulayıb: “Bu ehtimalın altına düşsək, qarşılıqlı əlaqələri müzakirə edə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər