“ABŞ-da baş verənlər demokratiya adına biabırçılıqdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri ABŞ-da baş verən kütləvi nümayişlər zamanı Konqresin binasına edilən basqına münasibət bildirib:
“ABŞ-in öz tarixində olmayan bir proseslə qarşılaşdığını görürük. Sözə gələndə “demokratiyanın beşiyi” kimi xarakterizə edilən ABŞ-dakı bu proses həqiqətən bütün bəşəriyyəti şoka saldı və təəccübləndirdi. Eyni şəkildə bizi də təəccübləndirdi. 15 İyul çevriliş cəhdi zamanı səssiz qalan və fərqli mesajlar yayan ABŞ və mediası, Gəzi hadisələri zamanı biz siyasətçiləri nə cür təhdidlər etdilər, nə cür sözlər dedilər. Bizim münasibətimiz açıq şəkildə ortada idi, amma ABŞ-ın mövqeyi çox fərqli idi. O dövrdə hakimiyyətin başında demokratlar dayanmışdı. Amma respublikaçıların da demokratlarla eyni olduğunu gördük. Bunun demokratiya adına biabırçılıq olduğunu görürük”.