9 Yanvar 2021 18:14
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanzaniya Prezidenti Con Maqufuli ölkəsinə rəsmi səfərə gələn Çin Xarici işlər naziri Vanq Yiyə maska ​​taxmadığına görə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Tanzaniyada koronavirus pandemiyası olmadığını iddia edən və bu səbəbdən dünya ictiamaiyyətinin etirazına səbəb olan Maqufuli maska taxmamasının ölkəsində virusun olmadığına bir dəlil sayıb.

Tanzaniya lideri görüş zamanı Çin nümayəndə heyəti arasında maska ​​taxmayan yeganə şəxs kimi Vanqa işarə edərək bildirib:

“Vanq Yiyə təşəkkür etmək istəyirəm. Ölkəmizdə koronavirus olmadığını bildiyinə görə maska ​​taxmır”.

COVID-19 peyvəndini ölkəyə gətirməyi planlaşdırmayan Tanzaniya yoluxmalarla bağlı məlumatları ictimaiyyətə açıqlamır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər