Pakistanın paytaxtı İslamabad daxil olmaqla yanaşı, bir çox şəhərlərində elektrik kəsintisi olub.
Teleqraf.com xəbər verir ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem olduğu üçün hərbi hava qüvvələrinə həyəcan siqnalı verilib, fövqəladə vəziyyət elan edilib.
İslamabad Polis İdarəsinin rəis müavini Həmzə Şəfqət ilkin açıqlamada elektrik kəsintisinə stansiyalardakı nasazlığın səbəb olduğunu bildirib.