11 Yanvar 2021 11:25
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici işlər naziri Ənvər Qarqaş Türkiyə ilə münasibətlərin suverenliyə qarşılıqlı hörmət əsasında normallaşmasını istədiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatı “Skynews” televiziyasına müsahibəsində Türkiyə-BƏƏ münasibətlərinə dair açıqlamalar verib.

“Türkiyə ilə qarşıdurma və problem yaradacaq səbəblər istəmirik. Türkiyə ilə suverenliyə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin normallaşmasında maraqlıyıq”, - nazir qeyd edib.

Qarqaş Ankaranın təkcə BƏƏ ilə yox, bütün ərəb dünyası ilə münasibətlərini normallaşdırmasında maraqlı olduqlarını deyib.

Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Misir yanvarın 5-də Qətərə tətbiq olunan embarqonun ləğv edilməsinə razılıq veriblər. Görüşdən sonra məsələ ilə əlaqədar müqavilə imzalayıb.

Qətər razılaşmasından sonra Türkiyə-BƏƏ münasibətlərinin normallaşdırılması məsələsi gündəmə gəlib. Qarqaş yanvarın 7-fə Türkiyənin Yaxın Şərqdə BƏƏ-nin bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər