Ötən il İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülən general Qasım Süleymaninin İranda çoxsaylı heykəlləri ucaldılır.
Teleqraf.com xəbər verir ki, bu dəfə mərhuma Tehrandakı Millad Qülləsində mumdan heykəl qoyulub.
İranlılar Süleymaninin heykəli ilə salamlaşaraq, onu öpür və şəkil çəkdirirlər.
Bir müddət əvvəl Livanın İsraillə sərhəd bölgəsində də iranlı generala bir heykəl qoyulmuşdu.