“Bu, əlbəttə ki, tam cəfəngiyatdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçısı Vladimir Putinin müxalifət lideri Aleksey Navalnını ondan qorxduğu üçün həbs etdirməsi barədə irəli sürülən iddiaya cavab verərkən deyib.
Peskov Navalnının qaydaları pozduğu üçün saxlanıldığını bildirib:
“Biz bilirik ki, onun barəsində irəli sürülən ittihamlar var, müəyyən qaydalar pozulub. Bunun Rusiya prezidenti ilə heç bir əlaqəsi yoxdur. Bunu prezidentlə əlaqələndirməyə ehtiyac yoxdur. Kiminsə kimdənsə qorxduğuna dair müxtəlif iddialar var, bu, əlbəttə ki, tam cəfəngiyatdır ”.