ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın Ağ Evdəki Oval ofisdə quraşdırdığı qırmızı düyməni masadan çıxartdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb.
Məlumata görə, Tramp bu düyməni basdıqda ofisiant ona sevimli içkisini – dietik kola gətirirmiş.
Qeyd edək ki, bundan əvvəl KİV Trampın kola aludəçisi olması barədə dəfələrlə məlumat yaymış və Ağ Evin Oval ofis masasında bu içki üçün qarson çağırmaq məqsədilə xüsusi düymə quraşdırıldığını iddia etmişdi. Keçmiş prezident özü də kola və hamburger sevdiyini inkar etməyib, ümumiyyətlə, düzgün qidalandığını iddia etmişdi.