İranın ali dini lideri Seyid Əli Xameneyi rəsmi Tvitter hesabında ABŞ-ın sabiq prezidenti Donald Trampa bənzəyən və qolf oynayan bir şəxsin dron tərəfindən hədəfə alındığını göstərən fotonu paylaşıb.
Teleqraf.com xəbər verir ki, sözügedən paylaşın ciddi müzakirələrə səbəb olub və Tvitterdə bloklanıb.
Qeyd edək ki, İran və ABŞ arasında gərgin münasibətlər 2020-ci ilin yanvarında İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı, general Qasım Süleymaninin ölümü ilə daha da gərginləşmişdi.
Buna qədər gərginlik yaradan məqam isə Trampın Obama prezidentliyi dönəmində İranla bağlanan nüvə razılaşmasından imtina etməsi olmuşdu.
İranın ali dini lideri Xameneyi sözügedən fotonun altında Trampın adını çəkmədən “General Süleymaninin öldürülməsi əmrini verənlər və bunu icra edənlər cəzalandırılmalıdır. Bu intiqam doğru zamanda olacaq” şərhini yazıb.
Tvitter isə ictimai qaydanı pozmaq və millətlərə pis nümunə göstərmək səbəbini əsas gətirərək paylaşımı bloklayıb.