Əl-Qaidə terror qruplaşması İraq Şam İslam Dövləti (İŞİD) təşkilatını amerikalı girovu buraxmağa çağırıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat İngiltərənin “Daily Telegraph” qəzetində dərc olunub. Bu çağırışı Əl-Qaidənin bir qolu olan Əl Nusra Cəbhəsindən Əbu Ömər Akidinin etdiyi bildirilir. O bildirir ki, Abdürrahim Kassiq adlı bu həkim özünü və digər militanları müalicə edib. Akidi Kassiqin onlar üçün çox vacib olduğunu qeyd edib.
ABŞ vətəndaşı olan Peter Kassiq müsəlmanlığı qəbul etdikdən sonra “Abdürrahim” adını götürüb.
Xatırladaq ki, 26 yaşlı Kassiq 2013-cü ilin oktyabr ayında Suriyada qaçırdılıb.
Samir