Yanvarın 20-də ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin etmək üçün paytaxt Vaşinqtona 25 mindən çox Milli Qvardiya heyəti göndərilib. Milli Qvardiyayanın 200 əsgəri Vaşinqtonda dayanacaqda yatmaq məcburiyyətində olub.
Teleqraf.com xəbər verir ki, hadisə ölkə gündəmində böyük reaksiya doğurub.
Bu zaman ən azı 200 əsgərin koronavirusa yoluxduğu aşkarlanıb. Yeni birinci xanım Jill Bayden vəziyyətə biganə qala bilməyib. Milli Qvardiyanın büro rəhbərinə zəng edən xanım Bayden baş verənlərə görə üzr istəyib. Bununla kifayətlənməyən birinci xanım əsgərləri şəxsən ziyarət edib.
Əlindəki şokoladl səbətləri ilə mühafizəçilərin yanına gedən Jill Bayden "Ailəmin təhlükəsizliyini qoruduğunuz üçün hamınıza təşəkkür edirəm" deyib.