Fransa Xarici İşlər Nazirliyi yanında Avropa işləri üzrə dövlət katibi Kleman Bon Avropanın bundan sonra öz müdafiəsini ABŞ-a tam etibar etməyəcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, dövlət katibi bunu “Klassik Radio”nun efirində bildirib.
“Biz Amerikanın Avropanın təhlükəsizliyini tam təmin etdiyi “soyuq müharibə” dövründə mövcud olan transatlantik münasibətlərə qayıtmayacağıq. Amerika səlahiyyətliləri bizim bu istiqamətdə getdikcə daha çox səy göstərməyimizi təbliğ edir və bu normaldır”, – deyə o qeyd edib.
Bununla belə, K.Bon bildirib ki, Avropa Co Baydenin ABŞ prezidenti kimi işə başlaması ilə Vaşinqtonla daha sıx münasibətlərin qurulmasına ümid edir. Dövlət katibi bu zaman xüsusilə iqlim və səhiyyə məsələlərini nəzərdə tutduğunu vurğulayıb.