25 Yanvar 2021 16:09
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Amerika səfirliyinin Rusiyadakı qanunsuz aksiyalara dəstəyi ilə bağlı nazir müavini Sergey Ryabkov tərəfindən etiraz bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfi ABŞ-ın aksiyalarla bağlı hərəkətlərini Rusiyanın işlərinə birbaşa müdaxilə kimi qiymətləndirir.

Bundan əlavə, Moskva ABŞ səfirliyinin qanunsuz aksiyalardakı hərəkətləri ilə əlaqədar olaraq səfirliyi Rusiya qanunlarına riayət etməyə çağırıb.

Bundan əvvəl Kreml ABŞ səfirliyinin 23 yanvar tarixindəki aksiyalarla bağlı bəyanatının Rusiyanın daxili işlərinə dolayı müdaxilə olduğunu bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər