Rusiya xarici siyasətinin formalaşmasında mühüm rol oynayan baş nazirin keçmiş müavini Sergey Prixodko vəfat edib.
Teleqraf.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin Sergey Prixodkonun ailəsinə başsağlığı verdiyini bildirib.
64 yaşlı Prixodko 2013-2018-ci illərdə baş nazir müavini vəzifəsində çalışıb. 2020-ci ilin yanvarında Baş nazir Mixail Mişustinin məsləhətçisi təyin edilib.
Prixodkonun ölümünün dəqiq səbəbləri hələlik məlum deyil. Lakin Prixodkonun uzun müddətdir sinir sistemi xəstəliyindən əziyyət çəkdiyi deyilirdi.