Azad Suriya Ordusu İŞİD-ə qarşı döyüşmək üçün Kobaniyə 1500 əsgər göndərəcəyini açıqlayıb.
Teleqraf.com-un məlumatın görə, Azad Suriya Ordusunun Hələb komandanlığı koalisiya qüvvələrini Kobaniyə gedəcək döyüşçülərə dəstək verməyə çağırıb.
Azad Suriya Ordusunun komandirlərindən Əbdülqadir Əqidi qüvvələrin 36 saat ərzində Kobaniyə çatacağını bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azad Suriya Ordusunun Kobaniyə getməsinin gərəkli olduğunu deyib.