ABŞ-ın Co Bayden administrasiyası Suriyanın şimalında PKK/YPG terror təşkilatına dəstəyini artırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Məlumatda ABŞ hərbi qüvvələrinin Türkiyəyə yaxın bölgələrdə parul xidmətinə başladığı, son bir ay ərzində terror təşkilatına 240 yük maşını hərbi texnika göndərildiyi bildirilib.
Nəşr Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) ABŞ hərbi qüvvələrinin Hasekenin Derik şəhərində şübhəli fəallığına dair kəşfiyyat məlumatları əldə etdiyini yazıb.
Türkiyə qüvvələrinin Cizrə yaxınlığında əməliyyata başlayacağı, bölgədə kəşfiyyat işlərinin bu məqsədlə həyata keçirildiyi bildirilib.
Türkiyə məxsus hərbi texnikaların Türkiyə-Suriya-İraq sərhəd üçbucağında dolaşdığı, bunun da Sincarda ehtimal olunan əməliyyat hazırlığı olduğu iddia edilib. Bu iddianın ortaya çıxmasından iki gün sonra ABŞ hərbi qüvvələri ilk dəfə bu bölgədə özlərini göstərməyə başlayıblar.m Amerikalı qüvvələr Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Derik bölgəsində 6 “Bradley” zirehli texnikası ilə patrul xidməti apardığı deyilib. Hərbi texnikaların Rumeylan qəsəbəsinin cənubundakı Xərab əl-Jir hava limanından havaya qalxan vertolyotlar tərəfindən müşayiət edildiyi bildirilib.
Nəşr qeyd edib ki, ABŞ Derik bölgəsinə silah, texnika və zirehli nəqliyyat vasitələrinin tədarükünü də sürətləndirib. Məlumata görə, ABŞ 23 dekabr - 23 yanvar tarixləri arasında İraqın şimalındakı bazalarından PKK/YPG-nin işğalı altındakı ərazilərə 240 yük maşını hərbi yük göndərib. Göndərilən 7 partiya hərbi avadanlıqlar arasında tanklar və “Bradley” zirehli maşınlarının olduğu iddia olunub. ABŞ hərbi qüvvələrinin bölgədəki şübhəli fəallığına diqqət çəkən nəşr Türkiyəyə yaxınlıqdakı sərhəd bölgələrində hərbi bazaların qurula biləcəyini yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti və Pentaqondan verilən açıqlamalarda YPG terror təşkilatına dəstəyin davam etdiriləcəyi bildirilmişdi.