İraq Türkmən Cəbhəsinin lideri və İraq parlamentinin İnsan Hüquqları Komitəsinin sədri Ərşad Salehi Suriyada İŞİD terror təşkilatının nəzarətindəki həbsxanalarda 400 türkmən qadınının olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Salehi İraq Kəşfiyyat Xidmətinin türkmən qadınlarının İŞİD-in əlində olduğunu bildirən rəsmi sənədləri təqdim edib.
Salehi qeyd edib ki, İraq Kəşfiyyat Xidməti tərəfindən 400-dən çox türkmən qadınının Raqqa, Haseke və Afrin həbsxanalarında və Suriyanın Hol düşərgəsində olduğu müəyyən edilib.
O, girovluqda saxlanılan qadınların xilas edilməsi üçün Türkiyə Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumları ilə təmasda olduğunu söyləyib.