İş adamı Jared İsakman və seçiləcək 3 nəfər “Crew Dragon” kosmik gəmisi ilə 2021-ci ilin son rübündə kosmosa çıxacaq.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın “SpaceX” şirkəti kosmosa ilk mülki uçuş missiyası “Inspiration” 4”ün bu ilin son rübündə planlaşdırıldığını açıqlayıb.
Uçuşun Floridadakı Kennedi Kosmik Stansiyasından həyata keçiriləcəyi, iş adamı Jared İsakman və seçiləcək 3 nəfərin kosmosa göndəriləcəyi bildirilib.
Kosmosa gedəcək digər 3 nəfərin adlarının önümüzdəki həftələrdə açıqlanacağı və “Inspiration 4” missiyasına qatılanlara “Space X” tərəfindən astronavt təhsili veriləcəyi ifadə edildi.