“Cənubi Qafqazda müharibədən sonrakı nizamlanmanın problemlərindən biri, hələ də Ermənistanda hakimiyyətdə çox sayda siyasi marginalın olmasıdır, onların davranışları respublikanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir və müttəfiq münasibətlərə, xüsusən də Rusiyaya uyğun gəlmir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Ermənistan ordusu 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycanla informasiya müharibəsini davam etdirirlər. Erməni təbliğatının fəaliyyəti dəyişməyib. Buradan çıxan nəticələr çox sadədir: həmin qüvvələr - qisas və İkinci Qarabağ Müharibəsi nəticələrinin yenidən nəzərdən keçirilməsini tərəfdarı olanlardır və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar”, - Korotçenko qeyd edib.
Ekspertin sözlərinə görə, Ermənistan indi Avropa və ABŞ-da revanşist planlarına dəstək axtarmağa çalışır: “Co Bayden ABŞ-dakı erməni lobbisini canlandırdı, onlara müəyyən ümidlər verdi, Fransada da İrəvanın təslim olmasından sonra erməni lobbisi daha da aktivləşdi”.
Korotçenko hesab edir ki, sanksiyalarla Cənubi Qafqazda gedən proseslərə təsir etmək mümkün olmayacaq.
Ekspertin fikrincə, Qərbin köməyi ilə qisas məsələsini qaldırmağa çalışmaq əvəzinə, dinc şəraitdə öz həyatını normallaşdırmaqla məşğul olmaq daha vacibdir: “Ermənistan bu gün fəlakətli maliyyə və iqtisadi böhran vəziyyətindədir, iqtisadiyyat yoxdur, bütün sektorlar məhv edilir, dövlət borcu böyükdür, əslində defoltdan əvvəl olan dövlətdən bəhs edirik. Belə şəraitdə Ermənistan üçün yeganə yol Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq və Rusiya ilə məsuliyyətli müttəfiqlik münasibətləri qurmaqdır, eləcə də regional iqtisadi və nəqliyyat layihələrində iştirak etməkdir. İrəvanın başqa yolu yoxdur”.
İqor Korotçenko həmçinin Ermənistanın beynəlxalq arenada müstəqil bir oyunçu olmadığına və Qərbin müttəfiqi Rusiyaya qarşı sanksiyalarına etiraz etmədiyinə diqqət çəkib:
“Post-sovet məkanında müstəqil siyasət apara bilən az sayda ölkə var, əksəriyyəti Qərbin maraqlarını nəzərə almaq məcburiyyətində qalır. Belə bir durumda həqiqi tərəfdaşlar arasında Azərbaycan və Qazaxıstanın adını qeyd etmək lazımdır. Hər iki ölkənin liderlik xüsusiyyəti var, güclü iqtisadiyyatları mövcuddur və özlərini təmin edən dövlətlərdir. Bu ölkələr Qərbə baxmadan siyasət yürüdə bilirlər. Üstəgəl, Azərbaycan Qərbin sanksiyalarına qarşı Rusiyanı necə dəstəklədiyini nümunə göstərmək kifayətdir.
Ermənistan siyasi baxımdan asılı olanlar arasındadır. 30 ildir ki, bizim müttəfiqimiz olduğunu deyirdi. Ancaq müttəfiqimiz post-sovet məkanında ən böyük ABŞ səfirliyinin İrəvanda - hətta Serjin (Serj Sərkisyan) dövründə yaradılmasına icazə verir. İrəvan açıq şəkildə Ermənistan və Rusiya arasındakı münasibətləri yaxşılaşdırmaq istəmir. Müttəfiqimiz Corc Soros və digər Qərb agentlərinin maliyyələşdirdiyi yüzlərlə, bəlkə də minlərlə təşkilatın Ermənistan şəhərlərində fəaliyyət göstərməsinə necə icazə verdi? Müttəfiqimiz niyə nasistlərlə əməkdaşlıq edən şəxsə abidələr qoymağa davam edir? Garegin Njdeni nəzərdə tuturam. Rusiyanın Ermənistana bu kimi sualları var”.