“İran nüvə müqaviləsinin şərtlərinə əməl etsə belə, ABŞ sanksiya məsələsini müttəfiqləri və Konqreslə müzakirə edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Eduard Prays deyib.
“İran 2015-ci ildə imzalanan nüvə müqaviləsinin şərtlərindən uzaqlaşır. İran bu anlaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, Vaşinqton Tehrana tətbiq edilən sanksiyaların yumşaldılıb-yumşaldılmayacağını müttəfiqləri və Konqres üzvləri ilə müzakirə edəcək”, - Prays qeyd edib.
Departament rəsmisi Co Bayden administrasiyasının nüvə müqaviləsinə qayıtmağa hazır, amma bunun üçün əvvəlcə İranın anlaşmanın şərtlərini tam yerinə yetirməsi lazım olduğunu söyləyib.
Prays müqavilədən geri çəkilən tərəfin ABŞ olduğunu xatırladıb və bu səbəbdən də, İrandan gözləntilərin olduğunu bildirib.