İtaliyanın Napoli şəhərində mafiyanın təcili tibbi yardım maşınları ilə bağlı verdiyi “əmr” ciddi rezonansa səbəb olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mafiya təcili tibbi yardım avtomobilləri sürücülərindən yolda səs siqnal verməməyi və fərqləndirici işıqlardan istifadə etməməyi tələb edib.
Mafiya buna səbəb kimi narkotik satıcılarının həmin səslərdən qorxmasını göstərib.
Məlumata görə, ötən həftə mafiyanın iki nümayəndəsi şəhərin mərkəzində hərəkət edən təcili tibbi yardım avtomobilini dayandıraraq sürücüyə xəbərdarlıq edib.
Digər bir iddiaya görə, narkotik satıcıları və müştəriləri həmin fərqləndirici səsi eşidən kimi polis gəldiyini zənn edərək qaçırlar.
Mafiyadan təhdid alan təcili tibbi yardım avtomobillərinin sürücüləri artıq polisdən dəstək istəyib.
“Snita və Traiano daxil olmaqla digər məhəllələrdə də siqnaldan istifadə etməməklə bağlı mafiyadan əmr aldıq. Siqnalları sadəcə bölgəni tərk etdikdən sonra işə sala bilirik. Ötən həftə təcili tibbi yardım avtomobili səs siqnalı verərək digər sürücülərdən yol ala bilmədiyinə görə infarkt keçirən bir xəstəni xilas etmək üçün vaxtında hadisə yerinə çata bilməyib”, - bunu İtaliya mediasına mafiya tərəfindən təhdid olan sürücü Manuel Ruqqiero deyib.