Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski rus alimlərinin onun şəxsi töhfəsi sayəsində koronavirusa qarşı peyvənd hazırladığını iddia edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində danışıb.
“Qamaleya adına Mərkəzdə təxminən on il əvvəl borclarını ödəmədiyinə görə elektrik enerjisi kəsiləcəkdi. Onları xilas etdim. İşıqlar söndürülmədi. Bütün virus nümunələri xilas edildi.
Mənim töhfəm olmasaydı, indi bir peyvəndimiz olmazdı və daha da çox adam ölərdi”, - Jirinovski qeyd edib.