7 Fevral 2021 08:45
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Səhiyyə Nazirliyi bu yaya qədər ölkənin biokimyaçıları tərəfindən uşaqlar və yeniyetmələr üçün COVID-19-a qarşı peyvəndin hazırlanacağına inamla baxır.

Teleqraf.com xəbər verir ki, bu barədə İctimai sağlamlığın müdafiəsi üzrə federal idarəsinin rəhbəri Yens Şpan bildirib.

O deyib ki, hazırda uşaqlar və yeniyetmələr üçün təsdiq olunmuş vaksinin mövcudluğu barədə danışmaq hələ çox tezdir. “Pfizer” vaksini 16 yaşdan yuxarı şəxslərə, “Moderna” və “Astrazeneca” isə 18 yaşdan yuxarı şəxslərə peyvəndin vurulmasına imkan yaradır.

“Biz güman edirik ki, işlər yaxşı getsə, yayda uşaq və yeniyetmələri qoruya biləcək vaksinimiz olacaq”, - deyə Şpan çıxışında bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər