9 Fevral 2021 13:08
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya tərəfindən koronavirusa qarşı hazırlanmış “Sputnik V” peyvəndinin ukraynalılar üzərində sınaqdan keçirilməsinə icazə verilməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, prezident Ukrayna vətəndaşlarının təcrübə dovşanları olmadığını deyib.

“Ümumdünya Səhiyyə Təşkilatı və ya beynəlxalq səviyyədə tanınmış başqa bir qurum tərəfindən Rusiya peyvəndi “Sputnik V”nin koronavirusa qarşı 90-91 faiz qoruma təmin etdiyi barədə bir sənəd verilməyib. Üzr istəyirəm, amma Ukrayna vətəndaşları üzərində təcrübə aparıla biləcək dovşan deyil”.

Zelenski Ukrayna əhalisinin yarısının peyvəndə inanmadığını söyləyib:

“Vətəndaşlarımızın əlli faizi peyvəndə inanmır, amma mən özüm ilk peyvənd olacağam. Çin, ABŞ və İngiltərə ilə peyvənd məsələsində anlaşmışıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər