Rusiyada koronavirusa yoluxanların sayı 4,07 milyonu keçib.
Teleqraf.com-un məlumatına görə, ölkədə son sutka ərzində 14 185 nəfər virusa yoluxub, 430 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 4 071 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 126 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 593 101 şəxs virusdan sağalıb, 398 656 nəfərin müalicəsi isə davam edir.