15 Fevral 2021 13:18
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma ordusu fevralın 1-də ölkədə baş vermiş hakimiyyət çevrilişinə qarşı başlayan nümayişləri yatırmaq üçün hərəkətə keçməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, çevriliş günündən bəri ilk dəfə olaraq zirehli texnikalar ölkənin ən böyük şəhərlərindən biri olan Yanqonda küçələrə çıxarılıb.

Ölkədə internet bazar bu gündən etibarən demək olar ki, tamamilə kəsilib.

Dünəndən buddist rahiblər və müxtəlif müəssisələrin işçiləri Yanqonda küçə nümayişlərinə başlayıblar. Nay Pyi Tavda da eyni ab-hava hökm sürür.

Myanmada fəaliyyət göstərən provayderlər yerli vaxtla 01: 00-09: 00 arasında internetin bağlanması əmrinin verildiyini açıqlayıblar. BBC-yə danışan Nay Pyi Tavdan olan bir həkim ordunun gecə saatlarında evlərə basqın etdiyini söyləyib.

ABŞ səfirliyi Yanqondakı Amerika vətəndaşlarına evlərindən çıxmamaq barədə xəbərdarlıq edib.

Myanma ordusu ötən həftənin sonunda 8 müxalifət liderinin tutulduğunu açıqlayıb.

Vəziyyətin gərginləşməsini nəzərə alan hərbi xunta Nepido və Yanqon şəhərlərinə əlavə tanklar və hərbi texnikalar göndərib.

Silahlı Qüvvələr Yanqonda etiraz etmək istəyən vətəndaşlara plastik güllələrlə müdaxilə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər