25 Oktyabr 2014 10:17
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyi ilə koalisiya qüvvələrinin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatını məhv etmək üçün İraq və Suriyada başlatdığı hava əməliyyatları fasiləsiz davam etdirilir.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan məlumatlarda sutka ərzində İŞİD-ə qarşı 18 hava hücumunun təşkil olunduğu qeyd olunur.

Amerika Müdafiə Nazirliyindən verilən məlumata görə, ötən aydan hər iki ölkədəki İŞİD hədəflərinə ən az 1700 bomba atılıb, döyüş təyyarələri da 6600-dən artıq hava uçuşu həyata keçirib. ABŞ-ın İraqdakı əməliyyatlarının xərcini İraq hökumətinın ödəyəcəyinə dair xəbərlər narazılıqlar yaradıb.

Mütəxəssislər bu günə kimi keçirilən əməliyyatların xərcinin 260 milyon dolları keçdiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər