18 Fevral 2021 12:52
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden hakimiyyətə gəldikdən bir ay sonra İsrail Baş naziri Binyamin Netanyahuya zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada iki liderin axşam isti və səmimi söhbət etdikləri, görüşün təxminən bir saat davam etdiyi bildirilib.

Bayden və Netanyahu ərəb ölkələri və İsrail arasındakı normallaşma prosesinin davam etməsi ilə bağlı razılaşdıqları, ABŞ və İsrail arasında qətiyyətli ittifaqın möhkəmləndirilməsi üçün birlikdə çalışacaqlarını vurğulanıb.

Açıqlamada liderlərin İran təhdidi və bölgədəki digər gəlişmələri də müzakirə etdikləri qeyd olunub və bu çərçivədə dialoqlarını davam etdirməyə qərar verdikləri deyilib.

Qeyd edək ki, Co Baydenin vəzifəyə başlamasından bir neçə həftə keçməsinə baxmayaraq, Netanyahu ilə telefon əlaqəsi saxlamaması diqqət çəkmişdi. Ağ Evin sözçüsü Jen Psaki fevralın 11-də Baydenin Netanyahu ilə yaxında görüşəcəyini açıqlamışdı.

Yanvarın 20-də vəzifəsinə başlayan Baydenin Netanyahu ilə indiyədək danışmaması ABŞ və İsrail mediasında mübahisələrə səbəb olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər