19 Fevral 2021 12:32
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi Qırğızıstanın milli maraqlarına cavab verir.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Slovo Kırqızstana” qəzetində yayımlanan “Müttəfiqlik əlaqələri” adlı məqaləsində yazıb.

“Rusiya ilə münasibətləri yüksək müttəfiqlik səviyyəsinə gətirmək kursu, strateji tərəfdaşlıq Qırğızıstanın milli maraqlarına cavab verir”, – deyə TASS onun sözlərindən sitat gətirir.

Onun sözlərinə görə, inteqrasiya layihələri və qüdrəti sayəsində Rusiya “dövlət sərhədinin perimetri boyunca sülhü təmin edir, ətrafında dinamik inkişaf edən region formalaşdırır”.

Japarov həmçinin, respublikada rus dilinin statusunun dəyişdirilməsinin əleyhinə olduğunu da vurğulayıb.

Qeyd edək ki, Qırğızıstan Prezidenti yanvar ayında Rusiyanın bu ölkənin strateji tərəfdaşı olduğunu bəyan etmişdı.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər