20 Fevral 2021 11:01
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya NATO-ya Çindən daha çox təhlükə yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ Prezidenti Co Bayden deyib.

Bayden çıxışında rusiyalı həmkarı Vladimir Putini ittiham qarşısında qoyub:

“Putin Avropanı, Avropa proyektini və NATO ittifaqını zəiflətmək istəyir. Transatlantik birliyi və qətiyyətimizi sındırmaq istəyir, çünki Kremlin ayrı-ayrı ölkələri həzm etməsi daha asandır”.

Bayden Rusiyanın Amerikadakı seçkilərə kiber hücumlarla müdaxilə etməyə, ölkəsinin sistemini sıradan çıxarmağa çalışdığını iddia edib. O, buna imkan verməyəcəkləri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər