Türkiyənin baş naziri Əhməd Davudoğlu Ahillar Birliyinin üzvü, əslən erməni olan jurnalist-yazıçı Edən Mahçupyanı özünə müşavir təyin edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan məlumatlarda Davudoğlunun hələ xarici işlər naziri olarkən Mahçupyanla isti münasibətlərinin olduğu bildirilir.
Mahçupyanın baş nazirə sivilləşmə, demokratikləşmə, dövlət və cəmiyyət münasibətlərində apardığı işlərdə dəstək olacağı açıqlanıb.
Samir