Rusiyanın Krasnoyarsk vilayətindəki Norilsk dağ-mədən emalı fabrikində baş verən dağıntılar nəticəsində 3 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Rusiya Təhqiqat Komitəsi hadisənin baş verməsində təqsirli bilinən zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlayıb.
Hadisə nəticəsində 3 fəhlə həlak olub, daha 5 nəfərin vəziyyəti isə ağırdır.
Fevralın 22-də Norilsk şəhərində matəm elan olunacağı bildirilir.