Ukraynada vətəndaşların parlament seçkilərində öz iradələrini azad, təhlükəsiz şəraitdə ifadə etməsi bütün mərhələlərdə təmin ediləcək.
Bununla bağlı Ukrayna Silahlı Qüvvələri Donbasda antiterror tədbirlərini gücləndiriblər. Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar antiterror qüvvələri də gücləndirimiş iş rejiminə keçib.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının Analitik İnformasiya Mərkəzinin təmsilçisi Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, Donbasın azad edilmiş hissəsində qanun keşikçiləri və xüsusi xidmət orqanlarının nümayəndələri terrorçuluğa qarşı tədbirləri gücləndiriblər: “Bu, sabah Ukraynanın bütün vətəndaşlarının sakitcə səs verə bilməsini təmin etmək üçündür".
İlkin məlumatlara görə, Donbasın hökumət qüvvələrinin nəzarətində olan hissəsində səsvermə hüququ olan 1,5 milyon vətəndaş səs verə biləcək.
Nail Cəlil