25 Fevral 2021 21:44
6 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət müdafiə sənayesi şirkəti “Rostek”in rəhbəri Sergey Çemezov Türkiyənin Rusiyadan “S-400” raketdən müdafiə sistemini satın almasının digər NATO ölkələrinin təhlükəsizliyini heç bir şəkildə zəiflətmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu kimi iddiaların əksinə olaraq, Türkiyənin NATO üzvlərinin təhlükəsizliyini təmin etdiyini söyləyib.

“S-400”-ün hər şeydən əvvəl bir müdafiə silahı olduğunu və hücum zamanı istifadə edilə bilməyəcəyini söyləyə bilərəm. Buna görə bunun digər NATO ölkələrinin təhlükəsizliyinə necə təsir edə biləcəyini təsəvvür edə bilmirəm. Əksinə, Türkiyə tərəfi NATO üzvlərinin təhlükəsizliyini təmin edir. Yəni, burada heç bir problem görmürəm. NATO ölkələri artıq bunu anlamalıdır”, - Çemezov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər