4 Mart 2021 15:10
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresində Nümayəndələr Palatasının planlaşdırılan iclası təhdid səbəbindən təxirə salınıb.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, Konqres üzvləri təhdid edilib.

Polis rəhbərliyi bəyan edib ki, şəxsi heyət Konqres üzvlərinə edilən təhdidlərə qarşı hazır vəziyyətə gətirilib: “Yerli, əyalət və federal qüvvələrlə birlikdə işləyirik, kəşfiyyat məlumatını ciddiyə alırıq”.

ABŞ mediası təhdidin arxasında martın 4-də Donald Trampın ikinci dövr üçün hakimiyyətə qayıdacağına inanan “QAnon” olduğunu yazıb.

Federal Təhqiqatlar Bürosu isə “QAnon” yazışmalarından xəbərdar olduğunu, lakin orada zorakılıq və etirazlara cəhd edilmədiyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər