Tibet buddistlyinin davamçılarının dini lideri XIV Dalay Lama Hindistanın hospitallarından birində koronavirusa qarşı peyvən olundu.
Teleqraf.com xəbər veir ki, bu barədə dini lider özünün rəsmi "YouTube" kanalında yerləşdirilən videomüraciətdə bildirib.
XIV Dalay Lama bildirib: "Aralarında həkim də olan yaxın dostlarımın dediyinə görə, ciddi problemlərin qarşısını almaq üçün peyvnd olunmaq lazımdı. Bu çox vacibdir, buna görə mən peyvənd oldum. Mən daha çox insanın qorxmamasını və peyvənd olunmasını istəyirəm".
Dini lider hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunduğunu açıqlamayıb.
Qeyd edək ki, Hindistanda koronavirusa qarşı vaksinasiya kampaniyası yanvarın 16-sı başlayıb. Hazırkı dövrədək ölkədə 14 milyondan artıq insan peyvənd olunub. Vaksinasiya kampaniaysı çərçivəsində "Covishield" və "Covaxin" peyvəndlərindən istifadə olunur.