8 Mart 2021 18:45
10 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədində və “Fərat qalxanı” əməliyyat bölgəsində yerləşən Əl-Bab və Serablus şəhərləri Rusiya sistemləri ilə vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı məlumat yayıb.

Mənbə Suriyanın şimalını hədəf alan OTR-21 “Toçka” taktiki ballistik sistemində istifadə olunan “9M79M” raketlərinin Rusiyada istehsal olunduğunu bildirib:

“OTR-21 “Toçka” sistemi Suriya rejiminin ordusunun arsenalında yer alır. Ermənistan sözügedən raketlərdən İkinci Qarabağ Müharibəsində Azərbaycanın yaşayış yerlərini vurmaq üçün istifadə etmişdi. Suriya rejimi də həmin raketlərdən aktiv şəkildə yararlanır.

Türkiyənin təhlükəsizlik məsələləri üzrə eksperti Mete Yarar baş verənlərin arxasında Rusiya faktorunun dayandığını deyib:

“Bundan əvvəl həmin ərazilərə Rusiya hücum etmişdi. Bölgədə ballistik raketlərlə hücum edən bir güc var. Təəssüf ki, o da Rusiyadır. Bölgədə bu cür hücumları həyata keçirə biləcək və bunun üçün texniki imkanları geniş olan ölkə odur. Əminəm ki, bu hücumu Rusiya həyata keçirib”.

Qeyd edək ki, ötən günlərdə Türkiyə ilə sərhəddə yerləşən Əl-Bab və Serablus şəhərlərinə ballistik raketlərlə zərbələr endirilib. Hücumda üç nəfər həyatını itirib, 28 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər