8 Mart 2021 17:08
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəbdə yanğın baş verib, 49 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Somalinin Somaliland muxtar bölgəsinin paytaxtı Hargeys şəhərində baş verib.

Somaliland Yanğınsöndürmə Təşkilatı bəyan edib ki, Dini İşlər İnstitutunda baş verən yanğın nəticəsində 40-ı qadın olmaqla, 48 nəfər yaralanıb. Bir xilasedici də xəsarət alıb. Yanğının olduğu mərtəbənin 20 otaqlı olduğu açıqlanıb. Hazırda yanğının səbəbləri müəyyənləşdirilir.


Müəllif: Cavad