10 Mart 2021 00:26
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hücum etsə, İsrail buna cavab vermək gücündədir”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail kəşfiyyatının rəhbəri Eli Koen deyib.

O, İran rejiminin İsrailin yox edilməsi çağırışı etdiyini, nüvə silahı əldə etməyi planlaşdırdığı və ölkəsinin şimal sərhədləri yaxınlığında hərbi qüvvə yerləşdirməyə çalışdığını bildirib: “İsrail buna icazə verməyəcək”.

Koen İranın İsrailə hücum ehtimalına da toxunub: “İsrail İranın hücumlarından müdafiə olunmaq gücündədir. Bura hücumlara veriləcək cavab da daxildir”.

Onun sözlərinə görə, İrana qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi, Yaxın Şərq və Avropadakı terror təşkilatlarına ayrılan maddi vəsaitlərin artırılması deməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər