10 Mart 2021 10:47
2 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hind-Sakit Okean Qüvvələrinin (INDO-PACOM) komandanı, admiral Pil Davidson Guam adasının Çinin hədəfində olduğunu, sözügedən bölgəyə “Aegis Shore” hava müdafiə sistemlərinin yerləşdirilməsinin lazım olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, admiral Çinin bölgə ölkələrini təhdid etdiyini söyləyib.

“Hind-Sakit okean bölgəsindəki hərbi tarazlıq getdikcə ABŞ və müttəfiqlərinin əleyhinə dəyişir. Bu balanssızlıqla Çinin bölgədəki status-kvonu qüvvələrimizin reaksiya göstərməməsindən istifadə edərək, birtərəfli qaydada öz xeyrinə dəyişdirməsi riski var”, - Davidson vurğulayıb.

Onun sözlərinə görə, ABŞ hərbi baxımdan təzyiqlərini artırmasa, Çin bölgədəki fəaliyyətlərini və nüfuz dairəsini daha da genişləndirə bilər: “Müqavimət göstərməsək, Çinin Hind-Sakit okean bölgəsindəki hədəfləri daha da böyüyəcək”.

Guam adasının ABŞ ərazisi olduğunu və burada 170 min Amerika vətəndaşının olduğunu deyən sözügedən bölgənin Çinin hədəfində olduğunu deyib: “Guam bu gün hədəfdədir, müdafiə olunmalıdır. Həmişə qanadlı və ballistik raket təhdidlərinə qarşı 360 dərəcəli hava və raketdən müdafiə gücünü təmin edən bir sistemin olmasının tərəfdarıyam”.

Davidson bölgədəki uzaqmənzilli atışlar, zərurət olduqda hücum məqsədləri üçün istifadə olunması məqsədilə daha böyük bazalara ehtiyacın olduğunu bildirib: “Aegis Shore” ehtiyacımız olan gücü təmin edəcək sistemdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər