27 Oktyabr 2014 16:43
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə əlil adamı döyərək qatar relslərinin üstünə atan cinayətkarlar həbs olunub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Essex bölgəsindəki Çemsfold sStansiyasında baş verib. İki nəfər naməlum şəxs eşitmə və görmə əngəli olan adamı döyərək platformaya yıxıblar. Sonra isə əlil şəxsin platformadan çıxmasına maneəçilik törədiblər.

Polis kameralar sayəsində hadisəni törədənləri müəyyən edib. Həbs edilən Daniel Vebster 22 ay, ona kömək edən Neyl Martin isə 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar 31 yaşlı əlilə və ona kömək etməyə çalışan 28 yaşlı qardaşına da xəsarət yetiriblər.

23 yaşlı Vebster və 24 yaşlı Martini həbs edən dedektiv Alan Rid mətbuata açıqlamasında “Bu həyatım boyunca apardığım ən mədə bulandırıcı cinayətlərdən biridir. Vebster və Martin qurbanlarına vəhşicəsinə hücum ediblər. Onların ölümlərinə səbəb ola bilərdilər" deyib.

Teleqraf.com hadisənin görüntülərini təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər