16 Mart 2021 08:45
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Senatı Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə Nümayəndələr Palatasının üzvü Debra Haalandın (Nyu-Meksika ştatından demokrat) namizədliyinə səs verib.

Teleqraf.com xəbər verir ki, iclasın translyasiyası Amerikanın qanunverici orqanının yuxarı palatasının saytında aparılıb.

Namizədliyi prezident Co Bayden tərəfindən irəli sürülmüş Haalanda 51 senator səs verib, 40 nəfər buna qarşı çıxıb. Haalandın 60 yaşı var. O, Amerikanın yerli əhalisinin ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində ilk nümayəndəsi olacaq.

Qeyd edək ki, ABŞ-da Daxili İşlər Nazirliyi güc strukturu deyil, çünki nazirlik federativ ərazilərdən istifadə və təbii resursların hasilatı məsələləri ilə məşğul olur. Nazirlik həmçinin hinduların Alyaska və Havay adaları ilə bağlı müxtəlif proqramlarına nəzarət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər