18 Mart 2021 13:15
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden əvvəlcə ölkəsində baş verənləri izah etməli və yalnız bundan sonra Rusiya ilə bağlı açıqlamalar verməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Amerikalı həmkarlarımızın ölkələrində baş verənlərlə bağlı suallara cavab verməkdən imtina etdiklərini bilirik. Prinsipcə, cavabları yoxdur. Bu onlar üçün bir sualdır, orada nə baş verir?” - XİN rəsmisi bildirib.

Dünən ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putini “qatil” adlandırıb. O, Putinin Amerikada keçirilən son prezident seçkisinə müdaxiləsinə görə cavab verəcəyini deyib. Bundan sonra Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məsləhətləşmələr üçün Moskvaya çağırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər