Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir Tayqasındakı istirahətindən görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, sözügedən kadrlar RUPTLY telekanalının efirində nümayiş olunub.
Videoda Rusiya prezidentinin zirehli ağır texnikanı idarə etməsi, müdafiə nazirilə birgə piyada gəzintisi və nahar etməsi əks olunur.
Gəzinti zamanı Şoyqu dövlət başçısına öz emalatxanasını göstərib və burada ağacdan müxtəlif fiqurlar hazırladığını qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı ilk dəfə deyil ki, bu yerlərdə istirahət edir. Onun sözlərinə görə, Putin Şoyqu ilə birlikdə 2019-cu ildə Tuvada olub və dağlara qalxaraq, göbələk yığıb.