Polşa Ukrayna ilə sərhədə qoşun yeridir.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Polşa müdafiə naziri Tomas Siemoniak verib. Onun sözlərinə görə, buna səbəb Ukraynada baş verən hadisələrdir.
Siemonik regionda siyasi vəziyyətin dəyişdiyini və bununla bağlı mühüm addımların atılmasının vacibliyini qeyd edib:
“Əsgərlərin sərhəddə yerləşdirilməsi narahatlıq yaratmamalıdır. Bu qabaqlayıcı tədbir kimi qiymətləndirilməlidir. Bu qüvvələr təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün lazımdır”.
Samir