24 Mart 2021 15:32
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinə koronavirusa qarşı ikifazalı bir rus peyvəndinin ilk inyeksiyası vurulub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenitnin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Müvafiq olaraq üç həftə sonra ikinci iynə vurulacaq”, - deyə o əlavə edib.

Rusiya dövlət başçısına məhz hansı preparatın gətirildiyi dəqiqləşdirilməyəcək. Bu üç rus vaksinindən biri ola bilər – “Sputnik V”, “EpiVakKorona” və ya “KoviVak”. Yalnız ilk ikisi 60 yaşdan yuxarı insanlara peyvənd üçün təsdiqlənib. Təlimata görə, “Sputnik V”nin ikinci dozası üç həftə sonra, “EpiVakKorona” isə iki-üç həftə sonra vurulmalıdır.

“Rus peyvəndlərinin hər üçü tamamilə etibarlı, effektiv və tamamilə təhlükəsizdir. Prezidentin məhz hansı vaksini seçməsini isə yalnız onun özü və həkimi bilir”, – Peskov deyib.

O, ümid etdiyini bildirib ki, Putinin peyvənd olunması ruslar üçün nümunə olacaq.

Qeyd edək ki, V.Putin bir gün əvvəl peyvənd vurdurub, Kremlin sözçüsünün sözlərinə görə, ölkə başçısı özünü yaxşı hiss edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər